“Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır”.
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
O, qeyd edib ki, layihələrdən biri problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlıdır:
“Bu qanun layihələri ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq”.
Etikxeber.az