“Qanun nəyi tələb edirsə…” – DEPUTATDAN SENSASİYALI FİKİRLƏR

Deputat: Söyüş legionerlərini öldürüb, günahını da Azərbaycanın üstünə atala bilərlər

Etikxeber.az  millət vəkili, tanınmış telejurnalist, politoloq Sahib Alıyevin müsahibəsini təqdim edir:

-Sahib bəy, siz yaz sessiyasının açılışında  onlayn media və sosial şəbəkələr haqda qanunun zəruriliyindən danışdınız. Bunu zəruri edən nədir? “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun media-cəmiyyət münasibətlərinin tənzimlənməsi baxımından yetərli deyilmi?

-Xeyr, yetərli deyil.

Baxın,  birdəfəlik tirajı cəmisi 100 nüsxəni ötən, ildə azı on iki dəfə çıxan çap məhsulu dövri nəşrlər sayılır və  bu qanunun səhv etmirəmsə, kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi  adlı 10-cu maddəsi onlara da şamil edilir. Yəni, cəmi 100 nüsxə çıxan bir nəşrdə sən  dövlət sirrini açdığına, dövlət quruluşunu zorakılıqla devirməyə və ya dəyişdirməyə çağırışa, rasizmi, ksenofobiyanı təbliğə və  bir sıra digər məsələlərə görə  məsuliyyətə cəlb edilirsən.  Gəlin açıq deyək, indi bizdə əksər qəzetlərin oxucularının sayı bir çox bloqerlərin yaydıqlarını və yazdıqalarını izləyənlərin sayından dəfələrlə azdır.

Hətta elə adamlar var ki, onlar bloqer kimi çıxış etmədikləri halda belə onların yazıb və yaydıqlarını izləyənlərin sayı yenə bir sıra klassik nəşrlərinkindən xeyli çoxdur. Amma bu adamın nə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda  kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi haqda maddədən xəbəri var, nə də (olsa da, belə) ona əməl etmək heç ağlının ucundan belə keçmir. Və yaxud həmin qanunda vurğulanır ki, əgər ortada məhkəmə qərarı və yaxud şəxsin özünün buna yazılı razılığı yoxdursa, onun haqqında gizli audio və video yazılar, kino və foto çəkilişi yayıla bilməz. İndi mən sizdən soruşuram nə qədər sosial şəbəkə istifadəçisinin bundan xəbəri var və xəbəri olanın neçə faizi ona əməl edir?

-Bəyəm bizim Cinayət Məcəlləsində bu qəbildən olan hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmur?

-Tutulur, təbii ki və nəinki öz adı altında, saxta ad altında eyni hərəkəti edənlər də məsuliyyət daşıyırlar. 2016-cı ildə Cinayət Məcəlləsinə yeni 148-1-ci maddə əlavə edildi. Həmin maddədə bildirilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtana, təhqirə yol verdikdə min manatdan iki min manatadək cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxu da və ya iki ilədək islah işləri, ya da bir ilədək həbslə cəzalandırılır.

Orasını da deyim ki, bu əməlləri törədən şəxs desə ki, mənim belə bir maddədən xəbərim yoxdur, bu, onu  cinayət məsuliyyətindən azad etmir. Amma əgər siz sosial şəbəkəyə diqqət yetirsəniz görəcəksiniz ki,  hər gün yüzlərlə deyil, minlərlə belə hal baş verir və buna görə də kimsə məsuliyyətə cəlb olunmur.

Mən qətiyyən onun tərəfdarı deyiləm ki, hər gün bununla bağlı yüzlərlə cinayət işi açılsın və bizim vətəndaşlarımız gedib məkhəmə önündə cavab versinlər. Bu maddənin Cinayət Məcəlləsində yer almasında da məqsəd bu deyil. Məqsəd belə halların qarşısının alınması, onların sayının minumuma endirilməsidir.

Amma biz indi bunun əksini görürük. Görürük ki, bu cür halların sayı nəinki azalır, əksinə, getdikcə artır və bunun da 3 səbəbi var.

-Nədir səbəblər?

-Birinci səbəb odur ki, az öncə dediyim kimi, qanunda bəzi boşluqların olması nəticəsində  bu cür hallara yol verənlər məsuliyyətə cəlb edilmir, edilmədikləri üçün də onları yamsılıyanların sayı artır. İkinci səbəb budur ki, bütövlükdə internet istifadəçilərinin, o sıradan da sosial şəbəkəyə qoşulanların sayı durmadam atrır. Baxın, İnternet araşdırması üzrə ixtisaslaşan We Are Social agentliyinin və  Hootsuite platforması var, onların birgə yaydıqaları Global Digital 2019-dan bəlli olur ki, internet istifadəçiləri  orta hesabla oyaq vaxtlarının üçdən birindən çoxunu- 6 saat 42 dəqiqəsini onlayn rejimdə olurlar, internetdə keçirilən vaxtın üçdən ikisi isə yəni təqribən 4 saatı sosial şəbəkələrin payına düşür.

Bilirsiniz, maraqlı olan nədir? Bu göstərici  inkişaf etməkdə olan ölkərədə daha yüksəkdir, nəinki inkişaf etmiş ölkərədə. Yəni, ilk baxışda paradoksal görünsə də, inkişaf etmiş ölkələrdə, daha yetkin cəmiyyətlərdə internetdə keçirilən vaxt bütövlükdə 4 saatı keçmir. Digərlərində isə hətta 10 saatın üzərindədir. İnkişaf etmiş ölkələrdə sosial şəbəkəyə ayrılan vaxt  saat yarımı keçmr, Yaponiyada isə heç 50 dəqiqəyə də çatmır. Demək, inkişaf etçəkdə olan cəmiyyətlərdə və üçüncü dünya ölkələrindəkilərin sosial şəbəkədə daha çox oturmalarının hesabına ümumi göstərici 4 saat alınır. Bu da onu göstərir ki, inkişaf etmiş cəmiyyətlərdə internetdə keçirilən vaxt daha çox rasional məqsədlərə xidmət edir, nəinki digərlərində.

Təəssüf ki, biz də bu digərlərinin sırasındayıq. Və bir sıra hallarda sosial şəbəkədə keçirilən zaman təkcə vaxt itkisi deyil, həm də cəmiyyət və digər vətəndaşlar üçün təhlükəli, xoşagəlməz halların yaranmasına sərf edilir.

Azərbaycana gəldikdə onu da deməliyik ki, bizdə bu cür halların total şəkil almasını planlaşdıran, reallaşdırmağa çalışan və buna da xeyli muzdlu cəlb edən çevrələr var. Azərbaycanı sevməyənlər, erməni lobbisiylə birgə işləyənəlr, bir sıra hallarda isə erməni lobbisi adı altında fəaliyyət göstərərək, öz məkli maraqlarını təmin etməyə çalışanlar ölkəmizdə siyasi və iqtisadi böhran yaratmağın mümkünsüzlüyünü görüb mənəvi böhran yaratmağa, cəmiyyəti bu cür silkələməyə, xaosa sürükləməyə çalışırlar.

Öz ordusuna legionerlər cəlb edən, Afrikada və bir sıra başqa yerlərdə ən çirkin işləri, ən ağır cinayətləri bu legionerlərin əliylə gördürənlər indi də legionerliyin yeni bir növünü kəşf ediblər. Pozgun mənəviyyatlı adamlardan söyüş legionerləri hazırlayıb, öz ölklərəinin üzərinə qısqırdırlar. Onarın əliylə mənəvi terror törətdirirlər. Vidadi İsgəndərli, Orduxan və bu qəbildən olan digər tiplər əslində bağı yenə də həmin çevrələrə gedib çıxan terror düşərgələrində hazırlıq keçən və özlərin islamçı kimi təqdim edənlərdən heç nəylə fərqlənmirlər.

sahib ali

Fərq, sadəcə, ondadır ki, həmən o “islamçı” adlandırılan terroçuların hamısı da olmasa, bir hissəsi idealist və sadəlöhvdürlər. Onlar terror törədərkən özlərinini də qurban etməkdən çəkinmir və əvəzində cənnətə düşəcəklərini düşünürlər.  Azərbaycana qarşı qısqırdılan mənəviyyat terrorçuları isə cənnəti elə həmən Avropa sayır, verilən muzd qarşılığına bu cür hərəkətlərə yol verir, hər çür əxlaq sərhəddini keçərək söyüş söyür, təhqir edir, böhtan atırlar. Amma onlar unudurlar ki, “islamçı” adı verdikləri həmən terrorçular bir sıra hallarda necə ölümə göndərilirlərsə, “demokat” adı altında faydalanılan bu adamlara da qurbanlıq kimi baxırlar. Həmin məkrli çevrələr belələrini mənəviyyatsız addımlara vadar etməklə, bir tərəfdən bizim cəmiyyətin necə bir aşağı səviyyədə olduğunu, burada siyasi dialoqun ancaq bu şəkildə aparıldığını göstərmək istəyirlər.

Digər tərəfdən isə  onlar yaxşı bilirlər ki,  biz də ağır söyüşlərin bağışlanmadığı cəmiyyətlərdənik. Və o çevrələr söyüdürlənlərin kimliklərini nəzərə alıb düşünürlər ki, onların özləri istəmədikləri halda belə tərəfdarlarından kimsə emosiyasını cilovlaya bilməz söyüş legionerlərini cəzalandırmağa qalxarlar, onların sözdə dediklərini əməldə özlərinə qarşı tətbiq edə bilərlər. Ancaq, bu, doğru yol deyil, söyüş legionerlərinin mənəviyyatsız hərəkətlərindən nə qədər əsəbləşsələr belə ölkəsini, dövlətini sevən, onun rəmzlərinə sayğıyla yanaşan heç kim bunu etməməlidir və etməyəcək də. Ancaq həmən leginerlərin arxasında duranlar özləri bunu etdirə, onlardan qurbanlıq qoyun kimi faydalanıb, bunu da Azərbaycanın üstünə ata bilərlər.

face

Səhv etmirəmsə, Rusiyada da artıq iki ildir sosila şəbəkəylə bağlı qanun üzərində işlənilir və orada nəzərdə tutululur ki, hər kəs  sosial şəbəkəyə ancaq öz pasportunu təqdim etməklə qoşula bilər və bir adamın ancaq bir profil açması mümkündür. Eyni zamanda 14 yaşınadək yeniyetmələrin də sosial şəbəkəyə çıxışları qadağan olunur.

Siz də belə bir qanunun olmasını təklif edirsiniz, yoxsa, necə?

-Bu sahədə biz çalışıb insan hüquqlarının qorunması, demokrtaiya, söz azadlığı baxımından hansı ölkənin təcrübəsi daha mükəmməldirsə, fikrimcə,  ondan da faydalanmalıyıq. Rusiyada hazırlanan qanuna gəldikdə açığı həmin qanunda bir sıra maddələr var ki, onların necə reallaşdırlacağı sual altındadır. Pasport təqdim edildiyi halda sosial şəbəkədə qeydiyyata alınma düzdür başqa ad altında profillər açmağın yolunu kəsir. Ancaq buna kim nəzarət edəcək, həmin pasport göstəricilərini  sosial şəbəkələrin ixtiyarına vermək nə dərəcədə doğurudur?

Həmin sosial şəbəkələr Rusiyada təmsilçiliklərini açmalıdırlar ki, onlar konstitusiya quruluşu əleyhinə çağırışların, terorizmin, rasizimin, ksenofobiyanın, pornoqrafiyanın və qanunla qadağan edilən bu kimi digər şeylərin yayımlanmasının qarşısını alsınlar. Və yaxud orada  “Rosnadzor” adlandırlan rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya üzərində nəzarəti həyata keçirən qurum var, onun təqdimatıyla saxta sayılan informasiyaların 24 saatda düz olub-olmadığının  dəqiqiləşdirilib ,silinməsi tələbi qoyulur. Bu, necə yerinə yetirləcək, həmin şəbəklərin təmsilçiliklərində nə qədər işçi çalışacaq ki, bu qədər vəzifənin öhdəsindən tez bir zamanda gələ bilsinlər?

Bir də bu qanun layihəsi internet resurslarında şəxsi göstəricilərin qorunması haqda keçən il qüvvəyə  minən GDPR( General Data Protection Regulation), yəni Göstəricilərin Qorunması Haqda Ümumi Qaydalar direktivinə ziddir.

SAHIB ALI

Fikrimcə, biz model olaraq Almaniyada keçən ilin yayından qüvvəyə minən  və qısaca NetzDG  adlanan Sosial Şəbəkələrlə bağlı görülən tədbirlər adlı qanun layihəsindən faydalana bilərik. Qanunda Facebook, Instagram, Twitter və YouTube qarşısında tələb qoyulur ki,  hakimiyyət təmsilçilərinin təhqir edilməsindən tutmuş, kütləvi informasiya vasitələrində  yayılması qadağan olunan bütün yazı və materialları operativ şəkildə silsinlər. Əks halda onlar 50 milyin avro cərimə ödəməlidirlər.

-Yaxşı tutaq ki, belə bir qanun qəbul edildi. Onlar da saxta, yaxud  da, qanunla qadağan edilən məsələlərin yer aldığı informasiyanı və materialı silmək məcburiyyətində qaldılar. Amma bu informasiya, yaxud, material  silinənədək axı onu milyonlarla adam oxuyub görəcək. Bəs onda nə etməli?

-Bəli görəcəklər, amma bu, sossial şəbəkin məsuliyyətdən azad etsə də,  həmin informasiya və materialı orada yayan şəxsləri heç də azad etmir. Yaydıqları informsaiya və material silindikdə belə onlar qanun qarşısında cavab verirlər. Bilirsiniz,  mən, sadəcə, bu yolla mənfi meyllərin qarşısının tam alınacağı düşüncəsində deyiləm. Bizdə geniş maarifləndirməyə ehtiyac var. Fikrimcə, sosial şəbəkələr hər bir akkaunt daşyıcısına onun səhifəsinin yuxarısında böyük hərflərlə xəbərdarlıq etməlidirlər ki, onlar hər bir informsaiyanı və yaxud da materialı yayarkən qanunun tələblərinə uyğun davranmalıdırlar. Və qanun nəyi tələb edirsə, onun da linki qoyulamlıdır.

Kimsə durub deyə bilər ki, bu tələb jurnalistlər qarşında qoyulmalıdır, mən ki jurnalist deyiləm. Amma biz indi elə bir dönəmdə yaşayırıq ki, 15-20 il bundan öncə Azərbaycanda  jurnalistlərin sayı bir neçə mini keçmədiyi halda indi bu cür çıxış edənlərin, belə demək mümüknsə, zorən jurnalistlərin  sayı on minlərlə, hətta yüz minlərlə ölçülür.

İnternet hazırda az qala bütün istifadəçilərinin istehlakçı və  alıcı, həm də istehsalçı və satıcı rolunda çıxış etdiyi bir bazardır. Elə bir bazar ki, bundan nəhəngi, qlobalı yoxdur. Açığını  deyək ki, bu,  hazırlığı, yetkinliyi, savadı, inttelkti az olan istifadəçilər üçün yetərincə də təhlükəli bir bazardır. Çünki bu bazardakıların ən azı üçdən ikisi  bayaq deiyim kimi sadəcə istehlakçı yox, həm də istehsalçısı kim də çıxış edirlər. İndi təsəvvür edin ki,  birdən-birə tutaq ki, şirniyyat istehlakçılarının əksəriyyəti həm də başladı onun istehsalçısına çevirlməyə, onda nə baş verəcək?

Çoxunda istehsalçı üçün gərəkən peşə hazırlıqları və bundan doğan məsuliyyət olmadığıdan təbii ki, bazara saysız-hesabsız keyfiyyətsiz, bir sıra hallarda isə ölüm təhlükəsi yaradan məhsullar çıxacaq. İnformasiya da belədir. Saxta informasiyanın, insanın ləyaqətini alçaldan, onun şəxsi həyatına müdaxilə xarakteri daşıyan, kütləvi qarşıdurmaya, cəmiyyətdə xaosun yaradılmasına, irqi, dini ayrı seçkiliyə, ksenofob yanaşmaya xidmət edən, bir sözlə, antihumanist xarakterli çağırışların yaratığı təhlükə, heç də zəhərli ərzaq məhsulunkundan az deyil, bəzən isə hətta çoxdur. Xüsusilə, həddi-buluğa çatamyan, psixikası zəif olanlar və bu baxımdan həsas təbəqə sayılacaq digərləri üçün belə informasiya və çağırışların nə demək olduğunu, fikrimcə, açıqlamağa ehtiyac yoxdur. Minlərlə  yeniyetmənin  özünü öldürməsiylə nəticələnən internet oyunlarının mövcudluğu da artıq kimsəyə sirr deyil.

İnternet istifadəçiləri öz üzərlərində işləməli, bir çox təkcə informsiya istehlakçısı yox, eyni zaman istehsalçı kimi də çıxış etdiklərindən bunun nə dərəcədə qanun çərçivəsində olduğunu, istehsal etdikləri, yaxud da paylaşdıqları məhsulun zərərli, cəmiyyət üçün təhlükəli olub- olmadığını anlamalıdırlar. Bir daha vurğulayıram hər hansı bir informasıyanı yazmaq və paylaşmaq da, hər hansı bir məhsulu istehsal edəndə olduğu kimi müəyyən hazırlıq tələb edir. İnformasiyayla uşaq minayla davrandığı kimi  davranmaq olmaz. Bunun törətdiyi fəsad bəzən həmin minanınkından da daha güclü olur, çünki onun təsir çevirəsi daha böyükdür. Sadəcə, bir faktı xatırladım ki, Yaxın Şərqin bu vəziyyətə salınmasının arxasında da elə bir  növ bu durur.

Ona görə də bizdə bu məsələylə bağlı maarifləndirməyə də böyük diqqət yetrilməli və bu işdə əsl jurnalistlər, aydınlarımız, fikir adamlarımız ön cəbhədə olmalıdırlar.

Etikxeber.az

Read Previous

“Fərman deyib ki, Həbib Axundova qarşı ifadə verməliyəm” – ELNUR İBRAHİMOVUN ETİRAFI

Read Next

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir