Qanuna təklif olunan hansı dəyişiklik geri qaytarıldı?

Milli Məclisin (MM) oktyabrın 16-da keçirilən iclasında “Lotoreyalar haqqında” qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki,  layihə barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

meclis-4

Komitə sədri qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar:

“Belə ki, yeni dəyişiklikdə qeyd olunur ki, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar”.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

4800 şəhid ailəsinə niyə “yox” cavabı verilib? – DEPUTATLARDAN SƏRT TƏPKİ – YENİLƏNİB

Read Next

Haqqı olanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyib – YAP RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir