“Qanunlar kağız üzərində qalmamalıdır…”-VİTSE-SPİKER

Qanunlarımız kağız üzərində qalmamalıdır.

Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev deyib.

“Milli Məclisdəki son çıxışımın iki məqamına yenidən qayıtmaq istərdim. Millət vəkillərinin parlament iclaslarında cari məsələlər barədə fikir bildirməsi vacibdir. Biz xalqın vəkilləriyik və demək onların problemlərini ümumişləşdirilmiş şəkildə parlamentdə səsləndirməliyik. Biz həm ölkə, həm də seçicilərimiz qarşısında məsuliyyət daşıyırıq”-deyən A. Əliyevin sözlərinə görə, bu baxımdan, həm ölkənin, həm də seçicilərin problemləri qaldırmalı, təklfilər verməlidir.

“Ancaq bu o demək deyil ki, hər hansı problemi səsləndirdikdən sonra işimizi bitmiş hesab etməliyik. Problemlərin icra strukturları tərəfindən necə icra olunmasını da nəzarətdə saxlamalıyıq. Prezident İlham Əliyev Milli Məclisdə qəbul edilən qanunların millət vəkilləri tərəfindən icrasına nəzarət etməsi vacibliyini bildirmişdi. Bu hamımız üçün çox vacibdir. Qanunlarımız kağız üzərində qalmamalıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

XİN Ermənistanın “Şaumyan rayonu” ilə bağlı bəyanatına-CAVAB VERDİ

Read Next

“Zaqatalaya diqqəti artırın, lütfən, iş adamlarını bura cəlb edin…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ MARAQLI TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir