“Qanunsuz aksiya keçirmək olmaz…” – AYDIN MİRZƏZADƏ MSK QARŞISINDAKI AKSİYADAN DANIŞDI

Hesab edirəm ki, hər şey qanun, hüquq daxilində olmalıdır, həll edilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü və şöbə müdiri, parlamentin komitə sədrinin müavini Aydın Mirzəzadə seçkilərin nəticələrindən narazı qalmış bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında aksiya keçirməsinə və polislə qarşıdurma yaranmasına münasibətini bildirərkən deyib.

“Vətəndaş tutaq ki, nəyəsə narazılıq edir, bildirir, öz istəyini səlahiyyətli orqana çatdırır, o, mütləq araşdırılr və araşdırılacaq. O başqa məsələ ki, qanunsuz aksiya keçirmək olmaz. Hər halda ortada olan odur ki, həmin adamlara qarşı güc sərf edilməyib, sadəcə, həmin insanlara vəziyyət izah edilib, həmin insanlar da dağılışıb gediblər. Qaldı ki onların qaldırdığı məsələyə, həmin məsələ araşdırılacaq və nəticəsi bildiriləcək”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“8-lər” seçkilərin nəticələrinin ləğvini tələb edir…

Read Next

“Çatışmazlıq kimi qələmə verilən məqamların, iradların əksəri məhz prosedur-təşkilati səciyyəlidir” – HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir