Qanunsuz erməni silahlı dəstə üzvlərinin mühəndis işlərinin qarşısı alınıb-MN – NAZİRLİK DAHA BİR AÇIQLAMA YAYDI – YENİLƏNİB

Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”, deyə məlumatda bildirilib.

20:08

***

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

Bu barədə də MN məlumat yayıb.

Məlumatda deyilir ki, erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb.

Etikxeber.az

Read Previous

Daha 4687 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Read Next

Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilli, idmançı, Leytenant-ŞƏHİD PƏRVİN ƏLİZADƏNİN ADINA DƏRS OTAĞI VERİLDİ VƏ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir