Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqeləri qarşısında fortifikasiya qurğuları quraşdırmağa cəhd göstəriblər-MN

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Etikxeber.az

Read Previous

Ərdoğanın Qələbəsinə dünyanın ehtiyacı var idi…-ELDAR İBRAHİMOV YAZDI

Read Next

Elxan Qasımov 78 yaşında-DÜNYASINI DƏYİŞDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir