Qanunsuz mərc və qumar oyunları təşkil edən şəxslər saxlanıldı

Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portalları və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması, həmin oyunları müvafiq icazə olmadan təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyənləşmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin çay evinə baxış keçirilib və fakt təsdiqini tapıb. Qanunsuz mərc və qumar oyunları təşkil edən Təyyar Hüseynov, Ramin Musayev və Suliddin Nəsirov saxlanılıb. Həmçinin həmin obyektdə qanunsuz mərc və qumar oynayan 7 vətəndaş müəyyən edilərək barələrində qanuni tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkarlanaraq götürülüb.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Etikxeber.az

Read Previous

Ermənilər cəbhədə vəziyyət yenidən gərginləşdi – Müdafiə Nazirliyi açıqlama yaydı

Read Next

Daha bir azərbaycanlı Türkiyəni heyran etdi – FOTO – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0