Qanunsuz siqaret istehsalı ilə məşğul olan ermənilər həbs edilib – POLŞADA

Polşada qanunsuz siqaret istehsalı ilə məşğul qrupun üzvləri həbs edilib.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qrupa rəhbərliyi iki Ermənistan vətəndaşı edib. Paytaxt Varşava yaxınlığındakı qanunsuz tütün sexində aparılan axtarışlar zamanı 10 min dolu və 100 min boş siqaret qutusu aşkarlanıb.

Həbs edilənlər arasında beş Ukrayna, iki Ermənistan və bir Polşa vətəndaşı olub. Qruplaşmaya rəhbərlik edən ermənistanlıları on ilədək, digər iştirakçıları isə beş ilədək həbs cəzası gözləyir.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub

Read Next

Çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə yüksək olub- NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir