Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında dekabrın 15-də arabir qar yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° şaxta, gündüz  1° şaxtadan 2°-dək isti,  Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 %  təşkil edəcək.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“Offşor zonalar”ın Azərbaycanda yaradılmasına lüzum yoxdur – NAZİR

Read Next

DİN qanunsuz valyuta mübadiləsinə qarşı xüsusi əməliyyat keçirir, saxlanılanlar var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir