“Qarabağ”–APOEL oyununu Slovakiyadan olan hakimlər idarə edəcək

Oktyabrın 24-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək “Qarabağ”-APOEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Etikxeber.az xəbər verir ki, qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-APOEL görüşü saat 20:55-də başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. İki turdan sonra aktivində 6 xal olan “Sevilya” turnir cədvəlində birinci pillədə qərarlaşıb.

Üç xalı olan “Qarabağ” və “Düdelanj” 2-3-cü yerləri bölüşürlər.

APOEL isə sıfır xalla dördüncü yerdə qərarlaşıb.

Etikxeber.az

Read Previous

“Xoşbəxt günüm Heydər Əliyevlə əl-ələ salamlaşmağım olub…”- HACIBALA ABUTALIBOV – FOTO

Read Next

“MDBMİ-nin məzunu adını qürurla daşıyıram…” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir