Avroliqa: APOEL – “Qarabağ” – 2:1 – YENİLƏNİB – (6)

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Etikxeber.az məlumat verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə görüşəcək.

Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq. Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan “Qarabağ” 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə uduzmamalıdır.

 Çempionlar Liqasında APOEL-i səfərdə 2:1 hesabı ilə məğlub edən ağdamlılar eyni uğuru təkrarlamaq əzmindədir. Qələbə ölkə çempionunu 1/16 finala bir addım da yaxınlaşdıracaq. Heç-heçə də “Qarabağ”ı ikincilik mübarizəsində daha şanslı saxlayacaq.

Qeyd edək ki, turun digər oyununda “Düdelanj” “Sevilya” ilə görüşəcək.

İspaniya klubu bu turdan asılı olaraq nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri də təmin edə bilər.

***

APOEL – “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Kiprin Nikosiya şəhərindəki “GSP Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Araz Abdullayev yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxacaqlar.

***

Qarşılaşma başlayıb.

Oyunda hesab hələlik açılmayıb-0:0.

***

Oyunun 10-cu dəqiqəsində hesab açılıb.

“Qarabağ” 1:0 önə keçib.

***

Birinci hissə başa çatıb.

“Qarabağ” 1:0 öndədir.

***

İkinci hissə başlayıb.

Hesab 1:0 “Qarabağ”ın xeyrinədir.

***

Oyunda hesab bərabərləşib-1:1.

***

Ev sahibləri önə keçiblər-2:1.

Oyun bu hesabla da başa çatıb.

Etikxeber.az

Read Previous

“Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir” – SAHİL BABAYEV – FOTO

Read Next

“Təhsilin aşağı düşməsinə imkan verməməliyik…” – QƏNİRƏ PAŞAYEVA – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir