“Qarabağ” “Atletiko Madrid” ilə oyun üçün artıq Madriddədir – FOTO

 “Qarabağ” FK UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gəlib.

Etikxeber.az xəbər verir ki, Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər və diplomatlarımız qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən “Qarabağ” komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.

Xatırladaq ki, “Atletiko Madrid” – “Qarabağ” qarşılaşması oktyabrın 31-də, Madridddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək. İspaniyanın bütün bölgələrindən Madridə axışan azərbaycanlılar komandamıza dəstək olacaqlar.

Etikxeber.az

Read Previous

Deputatlarımız Avronest PA-nın plenar iclasında iştirak edirlər

Read Next

“Eurovision-2018”də iştirak edəcək ölkələrin adı məlum oldu- SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir