“Qarabağ” – “Atletiko Madrid” oyunu başa çatdı: 0-0 – FOTO- YENİLƏNİB (3)

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda qarşılaşacaq “Qarabağ” və “Atletiko Madrid” komandalarının start heyətləri açıqlanıb.

atletiko-qarabağ

Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxacaqlar.

Madrid təmsilçisinin ilk on birliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.

Saat 20:00-da başlayacaq onu görüşü fransalı baş hakim Ruddi Buquet idarə edəcək.

***

Qarşılaşma artıq başlayıb.

***

“Qarabağ”-“Atletiko Madrid” oyununun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

***

Qarşılaşmanın ikinci hissəsi başlayıb.

***

Oyunun ikinci hissəsində də hesab açılmayıb: 0-0

Etikxeber.az

Read Previous

“Genetik yaddaşımızda müstəqil dövlətlər olduğundan xalqımız böhran yaşamayıb…” – DEPUTAT – FOTOLAR

Read Next

“Vacib xal qazandıq…”- QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir