Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qarabağ” komandası transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu cəlb edib.
Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasının “Bornmut” komandasından bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi bu ilin sonunadək icarəyə götürüb.
Otuz iki yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib.
A.Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersoqovina millisində 61 oyun keçirib.
Etikxeber.az