Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI turunun matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Fiorentina” (İtaliya) oyununa hakim təyinatları açıqlanıb.
Etikxeber.az xəbər verir ki, görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər. Matçın köməkçi hakimləri Ante Vuçemiloviç-Şimunoviç və Qoran Qabrillodur. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi Vasili Melniçuk (Ukrayna), hakim-inspektoru Maykl Zorattidir (Avstriya).
Qeyd edək ki, “Qarabağ”-“Fiorentina” oyunu dekabrın 8-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Etikxeber.az