Ağdamın “Qarabağ” futbol klubu bu gün Yunanıstana yola düşəcək.
Etikxeber.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində PAOK komandası ilə qarşılaşacaq Ağdam təmsilçisi Bakı-Saloniki reysi ilə səfərə yollanacaq və yerli vaxtla 21:30-da Yunanıstanda olacaq.
Baş məşqçi Qurban Qurbanov noyabrın 2-də yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. Komandamız oyunöncəsi son məşqini isə həmin gün yerli vaxtla 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.
Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu noyabrın 3-də Salonikidəki “Toumba” stadionunda Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
Etikxeber.az