Qarabağ həqiqətləri – 1992-2020″ adlı videolayihə-HAZIRLANDI – VİDEO

Qarabağ həqiqətlərinə aid daha bir video hazırlandıİkinci Vətən Müharibəsi dövründə vətənpərvərlik mövzusunda hazırlanmış və Qarabağdan bəhs edən videolayihələrə biri də əlavə olunub.

Etikxeber.az xəbər verir ki, “Qarabağ həqiqətləri – 1992-2020” adlı videolayihənin rəhbəri və ideya müəllifi Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev, koordinatoru isə 525.az saytının redaktoru, jurnalist Afaq Rzadır.

Layihənin əsas məqsədi illərdir düşmən tapdağında olan dilbər guşələrimizin haqq səsinə, mövcud durumda terrora məruz qalan Azərbaycanın digər şəhərlərinə və ümumilikdə Qarabağ həqiqətlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.

Qeyd edək ki, videolayihədə ölkəmizin tanınan simaları: media nümayəndələri, digər dövlət qurumları əməkdaşları, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak ediblər.

Müəlliflər videonun ürəyi Qarabağla döyünən, vətənini sevən hər bir azərbaycanlı üçün eyni hisslər yaşadacağına inanır.

Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

Etikxeber.az

Read Previous

Ermənistan dövlət sərhədində atəşkəs rejimini növbəti dəfə-POZDU – TƏRTƏR, AĞDAM VƏ AĞCABƏDİ YENİDƏN ATƏŞ ALTINDA – YENİLƏNİB

Read Next

“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib…”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir