“Qarabağ”la “Fiorentina”nın qarşılaşması başa çatdı – YENİLƏNİB

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İtaliyanın “Fiorentina” komandası ilə qarşılaşır.

Etikxebe.az xəbər verir ki, Florensiya şəhərindəki “Artemio Françi” stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Maksim Medvedev, Miçel, Reynaldo, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Ansi Aqoli, Elvin Yunuszadə və Dani Kintana meydana çıxıblar.

“Fiorentina”nın ilk on birliyində isə Çiprian Teteruşanu, Nenad Tomoviç, Sebastya De Mayo, Karlos Sançes, Nikolo Kaliniç, Federiko Bernardeşi, Maksimilano Oliveyra, Kristian Tello, Karlos Salçedo, Sebastyan Krisoforo və Huma Babakar yer alıblar.

Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri isə Roland Bradner və Stefan Kührdür. Əlavə köməkçi hakimlər isə Manuel Şüttengruber və Dieter Mukenhammerdir. Roland Riedel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirir.

Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verir, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişaydır.

***

Görüş 5:1 hesabı ilə “Fiorentina”nın xeyrinə başa çatıb.

Etikxeber.az

Read Previous

“Mənim hüququm var!” – FOTOLAR

Read Next

Ermənilər atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir