Qarabağ məsələsində hamının mövqeyi yekdildir – SİYAVUŞ NOVRUZOV

Azərbaycanın Şərqdə ilk demokratik respublika qurub, böyük parlamentarizm ənənələrinə malikdir. Bugünlərdə Azərbaycan Parlamentinin yaranmasının yüz ili tamam olacaq.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) təşkil edilən “Siyasi plüralizm və parlament təcrübəsi” adlı Dəyirmi masada parlamentin Dini qurumlar və ictimail birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, hazırda Azərbaycanda seçki sisteminin majoritar qaydada olduğunu deyib: “Qanunvericiliyə uyğun olaraq, bitərəflər də fərdi qaydada öz namizədliyini irəli sürə bilər. Bu gün 68 nəfər parlament üzvü ilə Yeni Azərbaycan Partiyası parlamentdə çoxluq təşkil edir. Mən on il ərzində partiyanın ilk Gənclər Birliyinin sədri olmuşam. Gələn il də Gənclər Birliyində yeni tərkibin seçilməsi nəzərdə tutulub və bununla bağlı  işlər gedir”.

siyaqus

Sonra parlamentin strukturu barədə məlumat verən S. Novruzov komitələrin iş prinsipi barədə də fikirlərini diqqətə çatdırıb:

“Azərbaycan parlamenti bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu cür qarşılıqlı əlaqələr Azərbaycanda qanunvericilik təşəbbüsünün təkmilləşdirilməsinə xidmət göstərir. Bu gün keçirilən görüşün də fikir mübadiləsi baxımından maraqlı olacağını düşünürəm. Onu da qeyd edim ki, hər birinizin məlumatlı olduğu və bizim ağrılı yerimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün parlamentin mövqeyi yekdildir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.  İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün parlament də öz fəaliyyətini göstərir. Təbii ki, parlamentdə bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri məsələnin sülh yolu ilə, bəziləri isə müharibə yolu ilə həllinə dair fikirlər söyləyir. Ancaq əsas məqsədimiz odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və bir milyondan artıq qaçqın öz yurduna qaytarılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Gənclər siyasəti ilə bağlı qanun dəyişdirilir…

Read Next

Əliyev TOTAL şirkətinin baş icraçı direktorunu qəbul etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir