“Qarabağ müharibəsi ilə həmyaşıd idi…”-SABİQ DEPUTAT MÜBARİZ İBRAHİMOVDAN YAZDI – (BİRİNCİ HİSSƏ)

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Vətən sevgisiylə dünya azərbaycanlılarının, türklərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov qəhrəmanlıq simvolumuzdur.

Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi.

Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. Xocalı qətliamı baş verəndə onun cəmi 4 yaşı var idi, televiziyada günahsız körpə və uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə işgəncələr verərək öldürən erməni cəlladlarının amansızlıqlarını görəndən sonra düşmənə nifrəti artmış, qisas almaq barədə düşünmüşdü. Böyüdükcə erməni terrorçularının əsil mənfur sifətini daha dərindən dərk edirdi və işğal altında olan Vətən torpağını azad etmək amalı, intiqam hissi də böyüyürdü…

Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində başa vuran Mübariz bir müddət mülki işlərdə işlədi, ancaq dinclik tapa bilmirdi. Onun üçün Vətən hər şeydən üstün, hər şeydən Uca idi. “Vətən torpağı düşmən tapdağındadır, düşməni doğma torpaqardan qovmaq lazımdır” qəti fikri ilə cəbhə bölgəsinə yollanır…

Vətən yolunda canından keçməyə hazır olan Mübariz ailəsinə yazdığı son məktubda erməni cəlladlarının başını əzərək son nəfəsinə qədər döyüşəcəyini qeyd edirdi:

“Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

… Düşməndən qisas almaq, intiqam hissi ona rahatlıq vermirdi, fürsət gözləyirdi. 2010-cu il gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz zərbə endirdi, onların çoxusunu məhv etdi. Sonra köməyə gələn düşməni öz silahlarından özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşərək ağır itkilərə məruz qoyur, səhərə qədər davam edən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur…

Mübariz ona qoyulan adı doğrultdu. Adındakı möhtəşəmliyi ilə Vətənin adını ucaltdı. Bahar günlərinin birində ömrünün bahar çağında 22 yaşında mübariz Şəhidliyə ucaldı. Mübarizlik Zirvəsinə ucaldı…. Ali Baş Komandan, Prezident İlham Əliyev Mübariz İbrahimovu Vətənin qəhrəman oğlu adlandıraraq Onunla qürur duyduğunu xatırlatmışdır.

O dövrdə Mübariz İbrahimov və Fərid Əhmədovun nəşini vermək istəməyən Ermənistan məkrli əməllərindən əl çəkmək istəməsə də, İlham Əliyevin uzun müddət davam edən gərgin əməyindən sonra hər iki şəhidimizin nəşini ölkəyə gətirmək mümkün oldu.

Prezident İlham Əliyev Mübarizin və Fəridin vida mərasimində iştirak etdi, dərin ehtiramını bildirdi, onların valideynləri ilə görüşdü…

(Ardı var)

Vaqif ABDULLAYEV,

Sabiq deputat, professor

Etikxeber.az


Read Previous

“Səhər açılar-açılmaz Şəhidlər Xiyabanına, həm Turalın, həm Musanın məzarı üstünə getdim… Yuxumu mollaya danışdım, dedi ki, Turalın məzarının baş hissəsindən aşağısınacan su tök…Mən də elə etdim, məzarını yudum, bəlkə ona, özünə də agah olar…”-ŞƏHİD ANASI – KAMİL HƏMZƏOĞLU YAZDI – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Read Next

“Balaca olsalar da, çox həssas uşaqdırlar…Hər gün atalarının şəkillərinə baxıb, ağlayırlar…Mədinə hər gün gedib atasının paltarlarını qoxulayır…Deyir ki, atamı yuxuda görmüşəm, məni qucaqlayırdı…”-ŞƏHİD BƏHRUZ QULİYEVİN ATASI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir