Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur – SƏFİR

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Etikxeber.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert  Sekuta xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı ilə növbəti görüşə ümid olmaması barədə söylədiklərinə münasibət bildirərkən söyləyib.

R. Sekuta deyib ki,  ABŞ-ı ATƏT-in Minsk qrupunda həmsədr kimi səfir Ceyms Uorlik təmsil edir və danışıqlarda bilavasitə o iştirak edir: “Amma onu deyə bilərəm ki, həmsədrlər münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar tərəfləri bir araya gətirmək üçün səylərini davam etdirirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentlərinin görüşünü təşkil etmək üçün səylər davam etdirilir. Bir şey də birmənalıdır ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də məhz sülh yolu ilə münaqişənin həllinə nail olmaq üçün tərəflər bir araya gəlməlidirlər. Bu, çox vacibdir. Həm azərbaycanlılar, həm ermənilər bu münaqişənin, belə bir vəziyyətin həddən artıq uzun müddət davam etdiyi fikri ilə razıdırlar. Sülh yolu ilə irəliləyişin və nizamlanmanın əldə olunması üçün tərəflər tez bir zamanda bir araya gəlməlidirlər”.

Etikxeber.az

Read Previous

Həkimlərin maaşları artdı

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir