Qarabağ münaqişəsinin tezliklə həlli üçün intensiv danışıqlara hazırıq – NAZİR

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb.

Bu barədə Etikxeber.az-a məlumat verən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.

xin-elmar-m%c9%99mm%c9%99dyarov-1

E. Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

Etikxeber.az

Read Previous

Yazıqlar olsun! – GÜLTƏKİN HACIBƏYLİ YAZDI

Read Next

İlham Əliyev Naxçıvanda… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir