“Qarabağ” “Neftçi”ni, “Səbail” “Keşlə”ni məğlub etdi – NƏTİCƏLƏR

Futbol üzrə futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna yekun vurulub.

Etikxeber.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Neftçi”ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində ilk qolu 31-ci dəqiqədə Mahir Emreli vurub. Qarşılaşmanın 69-cu dəqiqəsində isə Abdullah Zubir topu rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 12-ə çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Neftçi” isə 4 xalla 5-ci yerdədir.

Qeyd edək ki, dördüncü turun digər görüşlərində “Zirə” səfərdə “Sumqayıt”ı (2:1), “Səbail” “Keşlə”ni (2:1), “Qəbələ” isə “Sabah”ı (1:0) məğlub edib.

Etikxeber.az

Read Previous

“15 senyabr “Bakı günü” kimi rəsmi dövlət bayramı elan edilməli…” – İSA QƏMBƏR

Read Next

İspaniya, İtaliya və Fransa çempionatlarında – OYUNLAR VƏ NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir