“Qarabağ” ordenli, ali hərbi təhsilli, Mayor, iki bacının tək qardaşı, iki övladı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELSEVƏR PAŞAYEVİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Cəbrayıl rayonunun Qovşudlu kəndindən və 1 iyul 1988-ci il təvəllüdlü olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri, iki bacının tək qardaşı, ali hərbi təhsilli-peşəkar hərbçi, Mayor, bir neçə medallı və “Qarabağ” ordenli, hər iki valideynini itirən, iki övladı Vətənə əmanət qalan Elsevər Vaqif oğlu Paşayevin Əbədiyyətə uğurlanmasının üçüncü ili, Anım Günü ilə bağlı bu gün səhər saatlarında İkinci Fəxri Xiyabanda (İkinci Şəhidlər Xiyabanında) məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, Şəhdin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, ailəsinə-həyat yoldaşı Xəyalə Paşayevaya və iki övladına, bacılarına Allahdan səbr və dözüm arzulanıb.

Sonra məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra İkinci Fəxri Xiyabandakı mərasim evində Anım məzarsimi düzənlənib, adına ehsan verilib.

“Quran” oxunub, bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, millət vəkili Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, Abdin Fərzəliyev başda olmaqla, Abşeron rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, din xadimləri, məktəblilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, tək qardaşı ilə eyni istiqamətlərdə döyüşən-ALİ TƏHSİLLİ, İKİ MEDALLI, SUBAY ELSEVƏR ƏHƏDZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Alı Qocayevi-SABİQ DEPUTAT VƏ KEÇMİŞ NAZİR MÜAVİNİ ƏVƏZLƏDİ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir