“Qarabağ” ordenli, iki övlad atası Asəf Əsgərovun Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdə rayonunun Boyəhmədli (Mustafaağalı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən Asəf İlqar oğlu Əsgərovun bu gün Anım Gündür.

Asəf Əsgərovun Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Anım günü ilə bağlı bu gün-12 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Mustafaağalı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Həmçinin, qısa çıxışlar edilib, Şəhidin ailəsinə, əzizlərinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdən sonra Şəhidin ata ocağında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub, bir daha çıxışlar edilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Asəf Əsgərovun ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

***

Qeyd edək ki, Asəf Əsgərov 1990-ci ilin fevralın 19-da Bərdənin Boyəhmədli kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 qardaş olublar.

Orta məktəbi bitirdikdən, əsgərliyə getdikdən sonra həyatını Ordu ilə bağlayıb.

Əsgərliyi də daxil olmaqla, 13 ilin peşəkar hərbçisi-əvvəlcə MAXE, sonra isə Gizir, tank komandiri olub.

Həm Aprel, həm İyul döyüşlərində iştirak edən Asəf ilk gündən İkinci Vətən Müharibəsinin də savaşçılarından olub.

Və Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərin birində, sentyabrın 29-da qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Neytral zonada qaldığı üçün bir neçə gün nəşini əldə etmək mümkün olmayıb.

Yalınız oktyabrın 12-də nəşini götürmək mümkün olub və nəşi elə həmin Mustafaağalı kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.

Asəf həm də ailəli olub, bibisi qızı Aydan xanımla ailə həyatı qurub, iki oğlu dünyaya gəlib.

İki övladı-Emili və Kənanı Vətənə əmanət qalıb.

Emil hazırda orta məktəb şagirdidir.

Bərdə rayonunda adını daşıyan küçə var.

Məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun!

Nur içində yatsın!

13:40

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aprel döyüşlərinin Şəhidi-BƏRDƏLİ ZİYA HƏSƏNOVUN CƏNNƏTDƏKİ SƏKKİZİNCİ DOĞUM GÜNÜ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Şəhid Elşən Mehbalıyevin qardaşı qızının, “Azərbaycan Bayrağı” ordenli-Qazi Elnur Mehbalıyevin tək balasının-BALACA ELŞANƏNİN DÜNYAYA GƏLİŞİ, ADQOYDUSU İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNİB… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir