“Qarabağ”–”Qəbələ” oyununda baş verənlərə hüququ qiymət verdi

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ”–“Qəbələ” matçında baş verənləri müzakirə edib.

Etikxeber.az xəbər verir ki, komitə üzvləri görüş zamanı yaşanan neqativ hallara hüquqi qiymət veriblər. Ağdam təmsilçisinə ümumilikdə 6400 manat cərimə cəzası kəsilib.

Dörd futbolçusu sarı vərəqə ilə cəzalanan “Qarabağ” 800 manat cərimə olunub. Görüşün 39-cu dəqiqəsində ev sahiblərinin məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində yaşananlar da komitənin diqqətindən yayınmayıb. “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün dörd oyun cəzalanıb və kluba 3200 manat cərimə kəsilib.

Matçın videoyazısı izlənildikdən sonra müəyyən olunub ki, 90+4-cü dəqiqədə “Qarabağ”ın digər üzvü Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Lakin bu hakimin diqqətindən yayınıb. Bu səbəbdən futbolçu iki oyun cəzalanıb və klub 1600 manat xərcə düşüb.

“Qarabağ”ın 2-ci qolundan sonra klubun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.

Bunda başqa, növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki kluba nizam-intizam qaydalarına ciddi şəkildə əməl edilməsi və bu halların yenidən təkrarlanmaması tapşırılıb.

Etikxeber.az

 

Read Previous

“21-ci əsrdə belə tarixi şəxsiyyət Prezident İlham Əliyevdir” – AMEA-nın prezidenti – FOTOLAR

Read Next

Nazir: “Xəzər Kuboku”-nu Azərbaycanın ərazi sularında təşkil edəcəyik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir