“QARABAĞ QARTALLARI”-Raziyə Kamilqızının təqdimatını keçirdiyi növbəti kitabı – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızının Şəhidlərimizə həsr olunmuş növbəti kitabının təqdimatı olub.

“Qarabağ qartalları” adlanan kitabın təqdimat mərasimi Azərbaycan Respublikası Veteranlar və Silahlı Qüvvələr Təşkilatının ofisində baş tutub.

İki saata yaxın davam edən təqdimat mərasimində müəlliflə yanaşı Şəhid ailələri, Qazilər, ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar başlayıb.

Çıxışlarda müəllifə belə bir kitabı ərsəyə gətirməsinə görə minnətdarlıq ifadə olunub, növbəti yaradıcılıq uğurları arzulanıb.

Müəllif Raziyə Kamilqızı isə öz növbəsində tədbir iştirakçılarına, xüsusilə, adıçəkilən kitabın ərsəyə gəlməsində və təşkilati dəstəyinə görə xeyriyyəçi Leyla Əhmədovaya minnətdarlığını bildirib.

Qeyd edib ki, bu yöndə araşdırmalarını-axtarışlarını bundan sonra da davam etdirəcək və Şəhidlərimizlə, Vətən yolunda canını, sağlamlığını qurban vermiş Qəhrəmanlarımızla bağlı növbəti kitablarının işıq üzü görməsinə çalışacaq.

Sonda müəllif tərəfindən tədbir iştirakçılarına “Qarabağ qartalları” kitabı təqdim və hədiyyə olunub, xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Azərbaycan Afrikada diplomatik təmsilçiliyini genişləndirəcək-RƏSMİ

Read Next

Pakistanın Baş naziri Azərbaycan Prezidentinə-ZƏNG ETDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir