“Qarabağ qazisi Vəkil Musayevin ölüm xəbəri məni dərindən sarsıtdı…”-DEPUTAT – FOTO

Vətənimizin bütövlüyünün qorunması yolunda sağlamlığını qurban vermiş I qrup Qarabağ qazisi Vəkil Musayevin ölüm xəbəri məni dərindən sarsıtdı. Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunarkən səhhəti ilə bağlı müzakirə aparmışdım. O vaxt həkimlər müalicəsinin müvəqqəti olaraq evdə davam etdirilməsini məsələhət görmüşdülər, o səbəbdən tezliklə rayonda, doğma Böyük Bəhmənlidə görüşməyi planlaşdırırdıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

“Təəssüf ki, qlobal pandemiya ilə bağlı sosial təcridin tətbiqi və əhalinin sağlamlığının qorunması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər səbəbindən seçicilərlə görüşlərimiz və səfərlərimiz təxirə salındı. Özü və yaxınları ilə telefon əlaqəsi saxlayır, Böyük Bəhmənlidə görüşməyi planlaşdırırdıq. Olmadı, vaxtsız əcəl qəlbi Vətən eşqi ilə döyünən qəhrəmanımızın ömrünü yarıda, arzularını ürəyində qoydu. Məkanın cənnət, yerin behiştdir, Vətənin mərd oğlu, Allahdan sənə rəhmət, xalqımıza, doğmalarına səbr diləyirəm!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“190 manat yardım göstəriləcək şəxslərin çərçivəsinin “işsizliyə görə qeydə alınmış 200 min nəfərdən ibarət” müəyyən edilməsi haqqında məlumat təəcüb və qəzəb doğurmaya bilməz”-EKS-DEPUTAT

Read Next

Qoşulmama Hərəkatına üzv ölkələr də Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i-TANIMADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir