“Qarabağ” “Şerif”in qapısından 3 cavabsız top keçirdi və… – NƏTİCƏLƏR – FOTOLAR- YENİLƏNİB – (5)

UEFA Avropa Liqasının play-off mərhələsinə yekun vurulub və turnirin qrup mərhələsində mübarizə aparacaq son 21 klub da müəyyənləşib.

Turnirin play-off mərhələsində 21 cavab qarşılaşması oynanılıb.

Bu turnirdə yeganə təmsilçimiz “Qarabağ” klubu inamlı oyunu sayəsində qrup mərhələsinə vəsiqə qazanıb. İlk oyunda səfərdə Moldovanın “Şerif” klubuna 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi cavab görüşündə rəqibin qapısından üç cavabsız top keçirib.

İstanbulun “Beşiktaş” komandası isə birinci görüşdə səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Partizan” klubunu ev oyununda məğlubiyyətə uğradıb – 3:0.

Qazaxıstanın “Astana” klubu ilk görüşdə minimal hesabla məğlub olduğu APOEL (Kipr) komandasını evdə eyni hesabla məğlub edib. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasında “Astana” 2:1 hesabı ilə qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Play-off mərhələsinin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Ufa” (Rusiya) – “Qlazqo Reyncers” (Şotlandiya) – 1:1 (0:1);

“AEK Larnaka” (Kipr) – “Trençin” (Slovakiya) – 3:0 (1:1);

“Leypsiq” (Almaniya) – “Zorya” (Ukrayna) – 3:2 (0:0);

“Kopenhagen” (Danimarka) – “Atalanta” (İtaliya) – 0:0 (0:0, penalti seriyası – 4:3)

“Ludoqorets” (Bolqarıstan) – “Torpedo Kutaisi” (Gürcüstan) – 4:0 (1:0);

“ÇFR Kluj” (Rumıniya) – “Düdelanj” (Lüksemburq) – 2:3 (0:2);

“Apollon” (Kipr) – “Bazel” (İsveçrə) – 1:0 (2:3);

“Makkabi” (Təl-Əviv, İsrail) – “Sarpsborq” (Norveç) – 2:1 (1:3);

“Midtyulland” (Danimarka) – “Malmö” (İsveç) – 0:2 (2:2)

“Şkendiya” (Albaniya) – “Rusenborq” (Norveç) – 0:2 (1:3)

“Spartak” (Trnava, Slovakiya) – “Olimpiya” (Sloveniya) – 1:1 (2:0);

“Bröndbü” (Danimarka) – “Genk” (Belçika) – 2:4 (2:5);

“Styaua” (Rumıniya) – “Rapid” (Vyana, Avstriya) – 2:1 (1:3);

“Bernli” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) – 1:1 (1:3);

“Bordo” (Fransa) – “Gent” (Belçika) – 2:0 (0:0);

“Seltik” (Şotlandiya) – “Suduva” (Litva) – 3:0 (1:1);

“Molde” (Norveç) – “Zenit” (Rusiya) – 2:1 (1:3);

“Sevilya” (İspaniya) – “Siqma” (Çexiya) – 3:0 (1:0);

Beləliklə, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq 48 klub artıq müəyyənləşib. Turnirin qrup mərhələsinin püşkü avqustun 31-də Bakı vaxtı ilə saat 13:00-da atılacaq.

***

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi tarixində dördüncü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.

22:13

Qarşılaşmanın 55-ci dəqiqəsində Filip Ozobiç cərimə meydançasının kənarından qüvvətli zərbə ilə “Qarabağ”ın üçüncü topunu “Şerif”in qapısından keçirib.

21:49

Görüşün ilk hissəsi Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb

21:43

Matçın 42-ci dəqiqəsində “Qarabağ” komandası “Şerif” klubunun qapısından ikinci topu keçirib. Filip Ozobiçin künc zərbəsindən hava ötürməsini Donald Gerye başla dəqiq tamamlayıb – 2:0.

21:10

“Qarabağ” komandası erkən qolla oyunda hesabı açıb.

Matçın 9-cu dəqiqəsində Abdellah Zubirin ötürməsindən sonra Maksim Medvedev dəqiq zərbə ilə oyunda hesabı açıb – 1:0.

21:00

Avqustun 30-da Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşır.

Etikxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Mahir Mədətov, Rəşad Sadıqov, Abdellah Zubir, Filip Ozoviç, Bədəvi Hüseynov, Donald Qerrye yer alıblar.

“Şerif”in ilk onbirliyində isə meydana Sergey Paşenko, Jo Santos, Kristiano, Georqi Anton, Petru Raku, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.

kara-karabax

Oyunu Makedoniyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Aleksander Stavrevdir. Ona yan xətt hakimləri Maryan Kirovski, Deyan Kostadinov kömək edirlər. Qarşılaşmada dördüncü hakim funksiyasını Dimitar Meçkarovski yerinə yetirir. Matçın hakim-inspektoru belçikalı Yohan Verbist, UEFA nümayəndəsi latviyalı Yevgeni Milevskidir.

“Qarabağ” bugünkü oyuna itkilərlə çıxıb. Miçel və Dani Kintana zədə üzündən meydanda olmayacaqlar. “Şerif”in heyətində isə zədəli futbolçu yoxdur.

Bu komandalar arasında Moldovada keçirilmiş ilk görüş “Şerif” komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə üstün olan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələcəyi təqdirdə bu uğura dördüncü dəfə nail olacaq.

Hər iki komanda mübarizəyə UEFA Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə isə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olublar.

Azərbaycan və Moldova çempionları ötən mövsüm UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alınıb. Tiraspolda oynanılan səfər görüşündə “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Read Previous

Ölkəyə külli miqdarda at əti idxalının qarşısı alındı

Read Next

“Artıq bu auditoriyaya valideynləri də cəlb etməyin zamanıdır…” – EKSPERT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir