“Qarabağ” – “Sevilya” oyunu ukraynalı hakimlər briqadasına tapşırıldı

Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçının hakim təyinatları açıqlanıb.

Etikxeber.az xəbər verir ki, qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

“A” qrupunda yer alan ağdamlıların qrupdakı digər rəqibləri Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandalarıdır.

Etikxeber.az

Read Previous

“Dayanın” çağırışı da Paşinyana ismarıcdır…” – POLİTOLOQ

Read Next

Azərbaycanın ən çox investisiya yatırdığı ölkə Türkiyədir – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir