“Qarabağ”-“Slovan” matçını isveçrəli hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ”-“Slovan” (Çexiya) matçına hakim təyinatları açıqlanıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşü isveçrəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Yan-Yves Viçt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes Voqel yerinə yetirəcək. Oyunun əlavə hakimləri isə Alain Bieri və Saşa Amhof olacaq.

Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.

Qeyd edək ki, “Qarabağ”-“Slovan” matçı sentyabrın 15-də “Dalğa Arena”da start götürəcək.

Etikxeber.az

 

Read Previous

İnsan nəyə zaman ayırmalıdır? (Qənirə Paşayeva)

Read Next

Bakı Nəqliyyat Agentliyi: Yeni tədris ilinin ilk günü gücləndirilmiş iş rejimində çalışılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir