“Vətən üçün, Millət üçün, özəlliklə Qarabağ üçün etdiyimiz kiçik şeylərə görə qürurlanmamalıyıq, təşəkkür də gözləməməlyik. Ölənə qədər də bu düşüncədə olacağam. Şəhidlərimiz canlarını qurban veriblər. Onların yanında bizim etdiklərimiz o qədər kiçik şeylərdir ki…”
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.
Millət vəkili bildirib ki, onların fədakarlıqlarını bir an belə unutmadan hər birimiz daha da çox çalışmalı olduğumuzu düşünməli və gecə-gündüz çalışmalıyıq.
“Bizim kimilərini bu millətin anaları bizdən də daha çox doğacaqlar.
Ona görə işğal altındakı torpaqlarımızın azadlığı üçün hər birimiz öz yerimizdə gecə-gündüz çalışmalı və şəhid olmağa da qız və ya oğlan, qadın və ya kişi fərqi yoxdur, hər an hazır olmalıyıq”-deyə, o, sonra qeyd edib.
Etikxeber.az