“Qarabağ” və “Qəbələ”-nin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycan klubları “Qarabağ” və “Qəbələ”nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib.

Çexiyada “Slovan”ın qonağı olacaq “Qarabağ”ın görüşündə isveçli Stefan Yohannesson ədalət təmsilçisi olacaq.

UEFA Bakıda keçiriləcək “Qəbələ” – “Anderlext” qarşılaşması üçün isə ukraynalı Yevgeni Aranovskini göndərəcək.

Qeyd edək ki, Avropa Liqasında V turun oyunları noyabrın 24-də keçiriləcək.

Etikxeber.az

Read Previous

İkinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcəyik – AÇIQLAMA

Read Next

Murad Məmmədov yeni təyinat aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir