“Qarabağ” və “Qəbələ” bu gün qrup mərhələsində son oyununu keçirəcək

“Qarabağ” və “Qəbələ” bu gün qrup mərhələsində son oyununu keçirəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Etikxeber.az-a verilən məlumata görə, UEFA Avropa Liqası turnirindəki təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” qrup mərhələsində son oyununu keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionuda saat 20.00 keçiriləcək “Fiorentina” – “Qarabağ” oyunu xorvatiyalı hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Tomislav Petroviç, Miro Grgiç, Ante Vuçemiloviç, Qoran Qabrilo və Qoran Pataki kömək edəcəklər.

Maynts arenada saat 22.00 keçiriləcək “Maynts” – “Qəbələ oyununu isə uelsdən olan hakimlər idarə edəcəklər.

Matçın baş hakimi Li Evans olacaq. Ona Gareth Jones, Lewiss Edwards, Bryn Markham-Jones, Nick Pratt və Daniel Beckett köməklik edəcəklər.
Etikxeber.az

Read Previous

Mərkəzi Bank növbəti dəfə depozit hərracı keçirəcək

Read Next

“Qobustan” rayonunun adı dəyişdirilsin, çünki…” – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir