“Qarabağ” “Zirə” ilə oyunda xal itirdi – ANCAQ LİDERLİYİNİ QORUYUB SAXLADI

Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub.

Etikxeber.az xəbər verir ki, turun sonuncu görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Zirə”ni qəbul edib.

Görüşdə hesabı “Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra – 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib.

Qarşılaşma bu hesabla başa çatıb.

“Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, “Zirə” isə 11 xalla 6-ci yerdə qərarlaşıb.

Etikxeber.az

Read Previous

Novxanıda bir ədəd əl qumbarası və zenit top mərmisi zərərsizləşdirildi – FOTOLAR

Read Next

“Xalqı əhatə edənlər Xalq Şairləri, Xalq Yazıçılarıdır” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir