“Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirildi- BŞBPİ MƏLUMAT YAYDI

Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Etikxeber.az Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) istinadən məlumat verir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Bu zaman ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Qeyd edək ki, tədbirin təşkilatçıları isə mitinqdə iştirak edənlərin sayının rəsmi rəqəmlərdəkindən qat-qat çox olduğunu bildiriblər.

Etikxeber.az

Read Previous

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə -MEHDİ ABDULLAYEV YAZDI

Read Next

Prezident sərəncam imzaladı – 2 MİLYON MANAT AYRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir