“Qarabağda son vəziyyət!”-GƏNC POLİTOLOQUN BAXIŞI

Putinin dediklərinin mahiyyəti, status məsələsi, həssas nöqtə, muxtariyyət, Minks qrupunun istəyi, Türkiyənin rolu…

İlk öncə Rusiya prezidenti Vladimir Putinin fikirlərini analiz edək:

Şuşanı Azərbaycana vermək gündəmdə yox idi…

Bu, nə deməkdir?

Yəni ki, 7 (5+2) rayonun Azərbaycana qaytarılması əvvəldən bildirilmişdir.

Lakin döyüşlər əsnasında Azərbaycan Şuşanı özünə qaytardı.

Dağlıq Qarabağın statusunu hər iki tərəf arasında münasibətlər dinc formada davam edərsə, həll etmək olar.

Bu, nədir?

Azərbaycan tərəfi statusun olmadığını bildirdi.

Putin bunu deməklə Ermənistan tərəfinin aqressiyasına səbəb olmaq istəmədi.

Həmçinin bildirdi ki, Paşinyanı xəyanətdə ittiham etmək doğru deyil.

Aydındır ki, Kreml Paşinyanı devirmək üçün tələsmir.

Burada bir məqamı da qeyd etmək olar ki, Qarabağ ətrafı, ona bitişik ərazilər Azərbaycana aiddir.

Amma Dağlıq Qarabağın mövcudluğu hələ ki qalır. Bura aid olan Şuşanın Azərbaycanın nəzarətinə keçməsi işlərdə ziddiyət yaratdı.

Türkiyə beynəlxalq hüququ pozmayıb.

Bu, nədir?

Yəni, Türkiyə ilə münasibətləri pozmaq niyyətimiz yoxdur. Azərbaycan kimlə istərsə müttəfiq ola, ərazisinə ordu gətizdirə bilər…

 Türkiyə  hərbi qüvvələrini Azərbaycana göndərəcək. Rusiya buna razı oldu. Bu o deməkdir ki, Türkiyə Qafaqazda ağırlığını ortaya qoyur.

Əslində Rusiya da çətin bir vəziyyət formasındadır. Həm Türkiyə, həm Ermənistan, həm də Amerika və Fransa amili var.

Onun üçün çalışır ki, nə şiş yansın, nə də kabab.

3 rayon (Xocalı, Xankəndi, Xocavənd)  Ermənistanın idarəsində qaldı?

Niyə bu haqda danışmırlar?

İlk öncə deyim ki, bütöv Qarabağdan ermənilərin ayağı tam kəsilmədi.

Siyasi muxtariyyət yoxdur. Amma mədəni muxtariyyət var. Rusiyanın niyyətində var ki, Xankəndində erməni idarəçiliyi olsun. 

Həmçinin, Rusiya sərhədlərdə öz sülhməramlılarını görmək istəyir.

Bildirib ki, İranla səhrəddə də sülhməramlılar postu qurulacaq.

Həmçinin, Türkiyə kimi bu amillər də bəyanatda yer almayıb. Əslində bəyanat əlüstü imzalanan bir kompromis sənədiyidi. Lakin bu 3 rayon hələ də müəyyən qədər tam statusa malik deyil. Amma üstünlük Azərbaycanındır. Tezliklə bilinəcək.

Ermənistan yenə də torpaqlardan çıxmamağa çalışır.Amma nafilə olacaq bu. Amerika Rusiyanın Qarabağda olmasını istəmədiyi üçün, Türkiyəyə öz rəsmisini göndərddi (nəticə olmadı).

Minks qrupunun həmsədrliyi çərçivəsində vəziyyəti “stabilləşdirmək” istəyir. Amma hazırda Qarabağda söz sahibi Türkiyəvə Rusiyadır.

 Bəs nəticə nə ola bilər?

Ermənistan anlaşmaya əməl edəcək (etməlidir də).

Azərbaycan azad etdiyi torpaqlara öz ordusunu yeridəcək. Lakin Xankəndi məsələsinə həssaslıq göstəriləcək.

Ortaq Monitorinq Mərkəzi seçiləcək.

Mərkəzin Dağlıq Qarabağda olma ehtimalını düşünürəm.

Türkiyə ordusu bu ərazidə olarsa, daha əlverişlidir.

Amma ola bilsin ki, Türkiyə ordusu Qarabğda olmasın (kiçik bir ehtimal).

Elman VƏLİYEV,

Gənc politoloq

Etikxeber.az

Read Previous

“Azərbaycanı, bu bölgəni və bütövlükkdə dünyanı təhdid edən edən erməni terrorizminə biz qalib gələcəyik-əzmimizlə, iradəmizlə, səbrimizlə, qətiyyətimizlə!”-ZİYAD SƏMƏDZADƏ YAZIR

Read Next

“Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və…Bayraqlarımız uca olsun!”-QƏNİRƏ PAŞAYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir