“Qarabağ”ın Çempionlar Liqasında oyununa biletləri baha qiymətə satmağa çalışan 7 nəfər saxlanıldı-DİN MƏLUMAT YAYDI

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Etikxeber.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb.

Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

DİN qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırır ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu gün Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və “Viktoriya” (Plzen) klubları qarşılaşacaq.

Etikxeber.az

Read Previous

“Hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Dövlət Sərhəd Xidmətinin əsgəri-VƏFAT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir