“Qarabağ”ın futbolçusu Muarrem Muarrem Avrokuboklarda yubiley matçına çıxacaq

Dekabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunun “Qarabağ”-“Fiorentina” (İtaliya) qarşılaşması Ağdam təmsilçisinin futbolçusu Muarrem Muarrem üçün yubiley matçı olacaq.

Etikxeber.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın heyətində 25-ci avrokubok oyununu keçirəcək. Bu oyunadək 24 qarşılaşmada meydana çıxan futbolçunun aktivində dörd qol var. Qollardan biri Çempionlar Liqasında, üçü isə Avroliqada vurulub.

“Qarabağ”ın heyətində avrokuboklarda ilk dəfə 2013-2014-cü ildə debüt edən M.Muarrem Çempionlar Liqasında beş, Avropa liqasında 19 görüş keçirib.

Etikxeber.az

Read Previous

Dekabrın 8-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Beynəlxalq Muğam Mərkəzində musiqili gecə təşkil olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir