Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qarabağ FK-nun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova çempionu “Şerif”lə keçirilən oyunda əzmli qələbəsi hamımızı sevindirdi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Bu qalibiyyətlə minimum Avropa Liqasının pley-offunu təmin etməsi münasibəti ilə klubun heyətini, azarkeşləri və ölkənin idman ictimaiyyətini özümün və seçicilərim adından təbrik edir, komandamıza ölkəmiz adına daha böyük nailiyyətlər arzulayıram! Qarabağ adına əsl qələbənin, hərbi qalibiyyət ümidi ilə!”-deyə, o, əlavə edib.
Millət vəkili Eldəniz Səlimov da “Qarabağ” klubunu gözəl qələbə münasibəti ilə təbrik edir, onlara üçüncü təsnifat mərhələsində və digər mərhələlərdə də uğurlar arzulayıb:
“Son illər Azərbaycan idmanı böyük inkişaf yolu keçməkdədir. Azərbaycan idmançılarının səsi dünyanın ən mötəbər idman saraylarından, qələbə, qalibiiyət kürsülərindən gəlməkdədir, Həmçinin, ölkəmiz dünyanın idman ölkəsinə çevrilməkdədir. Dünyamiqyaslı yarşıların ölkəmizə salınması, Azərbaycanda gerçəkləşdirilməsi də deyilənlərin əyani sübutudur. Eyni zamanda, hələ sovetlər dövründən Azərbaycan futbolu, futbolçuları böyük ad-san, şan-şöhrət qazanmaqdadır. “Neftçi”nin, “Kəpəz”in uğurlu oyunları hələ də çoxlarının yaddaşından silinməyib. Son illərdə isə bu estafeti “Qarabağ” komandası uğurla və layiqincə davam etdirməkdədir.
“Qarabağ”ın hər bir qələbəsi həmçinin Qarabağımıza, işğal olunmuş torpaqlarımza bir addım da yaxınlaşmaq, qələbimizə olan, heç zaman azalmayan, sönməyən ümidlərimizi bir qədər də artırmaq deməkdir. Odur ki, doğma “Qarabağ” klubunu növbəti qalibiyyəti, zəfəri münasibəti ilə təbrik edir, onlara növbəti mərhələlərdə də qələbələr, zəfərlər arzulayıram. Arzu edirəm ki, “Qarabağ”ımızı Çempionlar Liqasının yarımfinalında, finalında görək. Ən əsası, “Qarabağ”ımızın idman, futbol meydanında qazandığı qələbə həm də hərb meydanında qələbəmizlə nəticələnsin. Həmin günlər də uzaqda deyil”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az