“Qarabağ”ın məğlubiyyətsizlik seriyası davam edir…

Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-ci turuna start verilib.

Etikxeber.az xəbər verir ki, həftənin açılış oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın ilk yarısı meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 45-ci dəqiqədə Dani Kintana fərqlənib. Qarşılaşmada son nöqtəni 90-cı dəqiqədə Mahir Emreli vurub – 2:0.

Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qarabağ” xalını 18-ə çatdırıb və 100 faizlik nəticə ilə liderliyini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 6 xalla 5-ci yerdədir.

Qeyd edək ki, turun qalan 3 oyununda “Qəbələ” “Neftçi”ni, “Sabah” “Səbail”i, “Keşlə” isə “Zirə”ni qəbul edəcək.

Etikxeber.az

Read Previous

Məmmədyarov Qrup 77-nin iclasında iştirak etdi

Read Next

Məmmədyarov-Dendias görüşündə nə haqda danışıldı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir