“Qarabağ”ın rəqibləri məlum oldu – PÜŞKATMA

Avqustun 31-də UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, Monakoda keçirilən mərasimdə Avropanın 48 komandası hər birində dörd komanda olmaqla 12 qrupa bölünüb.

“Qarabağ” klubu “Arsenal” (London, İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya) və “Vorskla” (Poltava, Ukrayna) komandaları ilə birlikdə E qrupunda mübarizə aparacaq.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

qarra-qarabax

A qrupu: “Bayer” (Almaniya), “Lüdoqorets” (Bolqarıstan), “Sürix” (İsveçrə), AEK (Kipr);

B qrupu: “Zaltsburq” (Avstriya), “Seltik” (Şotlandiya), “Leypziq” (Almaniya), “Rusenborq” (Norveç);

C qrupu: “Zenit” (Rusiya), “Kopenhagen” (Danimarka), “Bordo” (Fransa), “Slaviya” (Çexiya);

D qrupu: “Anderlext” (Belçika), “Fənərbağça” (Türkiyə), “Dinamo” (Xorvatiya), “Spartak” (Slovakiya);

E qrupu: “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Vorskla” (Ukrayna);

F qrupu: “Olimpiakos” (Yunanıstan), “Milan” (İtaliya), “Betis” (İspaniya), “Düdelanj” (Lüksemburq);

G qrupu: “Vilyareal” (İspaniya), “Rapid” (Avstriya), “Spartak” (Rusiya), “Qlazqo Reyncers” (Şotlandiya);

H qrupu: “Latsio” (İtaliya), “Marsel” (Fransa), “Ayntraxt” (Almaniya), “Apollon” (Kipr);

İ qrupu: “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Malmö” (İsveç), “Sarpsborq” (Norveç);

J qrupu: “Sevilya” (İspaniya), “Krasnodar” (Rusiya), “Standard” (Belçika), “Akhisar Belediyespor” (Türkiyə);

K qrupu: “Dinamo” (Ukrayna), “Astana” (Qazaxıstan), “Renn” (Fransa), “Yablonets” (Çexiya);

L qrupu: “Çelsi” (İngiltərə), PAOK (Yunanıstan), BATE (Belarus), “Videoton” (Macarıstan).

Püşkatma mərasimindən əvvəl UEFA Avropa Liqasının 2017-2018-ci illər mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu ad uğrunda Dieqo Qodin, Antuan Qrizman (hər ikisi “Atletiko”, İspaniya) və Dimitri Payet (“Marsel”, Fransa) mübarizə aparıblar. Bu nominasiyada Fransa milli komandasının hücumçusu Antuan Qrizman qalib gəlib. Püşkatmanın daha bir özəlliyi mərasimə ilk dəfə azərbaycanlı futbol səfiri Vəli Qasımovun da qatılmasıdır. 2018-2019-cu il mövsümündə Avropa Liqasının final qarşılaşması Bakıda keçiriləcəyi üçün veteran futbolçu püşkatma zamanı turnirin kubokunu səhnəyə gətirib.

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarına sentyabrın 20-da start veriləcək. Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Etikxeber.az

Read Previous

Rusiya-Azərbaycan münasibətlərinin çox qədim kökləri var və … – DEPUTAT

Read Next

Çətin və maraqlı qrupa düşdük – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir