“Qarabağ”ın rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib – NƏTİCƏLƏR

“Qarabağ” klubunun Avroliqanın qrup mərhələsindəki rəqibləri “Düdelanj” və APOEL sentyabrın 14-də ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

Etikxeber.az xəbər verir ki, Kipr çempionatında iki turun arxada qalmasına baxmayaraq, APOEL ilk oyununa çıxıb.

Draqan Mixayloviç, Lukas və Andrija Pavloviçin vurduğu qolları sayəsində APOEL öz meydanında AEL komandasının məğlub edib.

Ağdamlıların digər rəqibi Lüksemburq təmsilçisi “Düdelanj” isə səfərdə “Xosterd” komamdasına minimal hesabla uduzub – 1:0. Beş turdan sonra hesabında 4 xal olan “Düdelanj” 11-ci yerdə qərarlaşıb.

“A” qrupunda yer alan “Qarabağ”ın digər rəqibi – İspaniyanın “Sevilya” komandası sentyabrın 15-də “Deportivo Alaves” komanasının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 15:00-da başalayacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” sentyabrın 19-da Bakıda “Sevilya”nı qəbul edəcək.

Etikxeber.az

Read Previous

“Yeməkləriniz həmişə ləzizdir…” – Birinci vitse-prezident Şamaxıdan İsmayıllıya gəldi – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

YENİ TAM ORTA MƏKTƏB VƏ KÖHNƏ MƏKTƏB ZƏNGİ – Rafael Hüseyn – Fotolar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir