“Qarabağ”la “Qəbələ” Avroliqada növbəti görüşlərini keçirəcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Etikxeber.az xəbər verir ki,  Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.

Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq.  3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən “radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadır.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

J qrupu

21:00.  “Qarabağ” – PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

C qrupu

23:05. “Sent-Etyen” (Fransa) – “Qəbələ”

Baş hakim: Ali Palabıyık

Sent-Etyen. “Joffrua Qişar” stadionu

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub

Read Next

“Qışda əhalinin işıqla təminatında problem olmayacaq” – PİRVERDİYEVİN İDDİASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir