Qarabulaq, Moşxmaat, Şuşakənd, Muxtar, Daşaltı, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq-XOCALININ İŞĞALDAN AZAD OLUNMUŞ KƏNDLƏRİ…

Erməni qaniçənlərin törətdikləri Xocalı qətliamı və soyqırımından 29 il keçir.

Etikxeber.az-ın xəbərinə görə, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri və onların qanlı havadarları, sovet-rus ordusu, 366-cı motoatıcı alay tərəfindən Xocalı şəhərində 20-ci əsrin ən qanlı faciəsi, söyqırımı aktı törədilib.

Soyqırımı aktı nəticəsində  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

 Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Qeyd edək ki, 28 il 6 ay yarım sonra, yəni, 44 günlük tarixi İkinci Vətən Müharibəsi zamanı Xocalının 9 kəndi erməni işğalçılarından təmizlənib, azad olunub.

Xocalının işğaldan azad olunan kəndləri bunlardır:

Qarabulaq, Moşxmaat,  Şuşakənd, Muxtar, Daşaltı, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq.

Xocalının mərkəzi-Xocalı şəhəri, həmçinin, bir sıra kəndlər hələ də erməni işğalçılarının nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

ATƏT və Avropa İttifaqı Ermənistandakı vəziyyətdən-NARAHATDIR…

Read Next

Xocalı soyqırımından-29 İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir