Qaradağ rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq” ASC-dən Etikxeber.az-a bildirilib ki, 110 kilovoltluq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar aprelin 30-da saat 11:00-dan 15:00-dək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Etikxeber.az