Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ceyhun Qafar oğlu Məmmədov…
Ağcabədili, Qaraxanlılı…
Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı…
Azərbaycan Ordusunun hərbçisi, MAXE, İkinci Qarabağ Savaşı Şəhidi…
İgid, Qəhrəman, Vətən sevdalısı…
***
7 aprel 2024-cü il tarixində Ağcabədi rayonunun Qaraxanlı kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin dörd övladından biri, MAXE Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva ilə birlikdə Şəhidimizin ocağını, ailəsini ziyarət etdik…
Şəhidimizin anası Qətibə Məmmədova, qardaşları Nurxan, İxtiyar və Şəhriyar Məmmədovlarla bir araya gəldik…
Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Ruhu qarşısında baş əydiyimizi bildirdik…
Həm övladı acısı, həm də bugünlərdə həyat yoldaşı itkisi yaşayan Qətibə xanımla və Şəhidimizin qardaşları ilə söhbətləşdik, dərdləşdik…
Ceyhunun keçdiyi 24 illik qısa, lakin şərəfli ömür, həyat və döyüş yoluna birlikdə nəzər saldıq…
Ceyhun Məmmədov 1996-cı ilin oktyabr ayının 20-də Ağcabədi rayonunun Qaraxanlı kəndində sadə, çox kasıb bir ailədə dünyaya gəlib…
Ailənin dörd oğlan övladından biri, evin ikinci oğlu olub…
Qaraxanlı kənd tam orta məktəbini bitirdikdən, 18 yaşının tamamından sonra-2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyinin başa çatmasına sayılı günləq qalmış 2016-cı ilin aprelində məlum dördgünlük döyüşlərə qatılıb…
Və Aprel döyüşlərindən az sonra Ordudan təxris olunub, evinə, ailəsinə dönüb…
İki il müxtəlif sahələrdə çalışdıqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı isə təxminən bir aylıq şərəfli döyüş yolu keçib…
Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşüb…
Axırıncı dəfə ailəsi ilə oktyabrın 24-də gecə 11-12 radələrində danışıb…
Və 25-i günü səhər saatlarında Füzuli-Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Həmin gün nəşi evinə, Qaraxanlıya gətirilib və 26-da Qaraxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 5 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, həm də Qaraxanlının üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
Qaraxanlıda adını daşıyan küçə var…
Sevdiyi qız olsa da, 24 yaşlı Ceyhun subay olub…
Böyük qardaşı Nurxanın üç övladından biri-sonbeşiyi Onun-Ceyhunun adını daşıyır…
Və 4 il öncə Ceyhun acısı, Ceyhun itkisi yaşayan Məmmədovlar ailəsi bugünlərdə daha bir itkisi ilə üzləşib…
Şəhidin atası Qafar Məmmədov cəmi 54 yaşında dünyasını dəyişib və hələ qırxı çıxmayıb…
Allah həm Şəhidimizin, həm də atasının məqamını Uca, dərgahını mübarək etsin!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:













Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az