“Qardaş və dost Türkiyə artıq həmsədrliyə cəlb edilməlidir… Azərbaycan sülhlə olacaqsa, sühlə, olmayacaqsa, hərb yolu ilə münaqişəni özü birmənalı və birdəfəlik həll edəcək, o torpaqları yenidən cənnətə çevirəcək…”-ELDƏNİZ SƏLİMOVUN YAZISI

ATƏT-in, Minsk qrupunun əgər özünə az da olsa, hörməti qalırsa, nüfuzunu bərpa etmək istəyirsə, nəhayət, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinə nəsə kömək etmək fikrindədirsə, o zaman mütləq şəkildə həmsədrlər formatına yenidən qayıtmalıdır.

Qatı erməni və Ermənistan, işğalçıpərəst Fransanı həmsədrlikdən uzaqlaşdırmalı, bu bölgədə daha çox söz haqqı olan Türkiyəni həmsədrliyə cəlb etməlidir.

Çünki Ali Baş Komandan cənab İlham Əliyevin də “Haber Global”-a son dərəcədə məzmunlu, təsirli müsahibəsində dediyi kimi, Türkiyə həmsədrliyə cəlb olunmalıdır. Çünki bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib.

“Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır”.

Bəli, əgər qardaş və dost Türkiyə həmsədrliyə cəlb olunarsa, o zaman 32 illik qanlı münaqişənin sülh və danışıqlar yolu ilə obyektiv həllinə ümid bəsləmək, real nəticə gözləmək və əldə etmək olar.

Əks halda, yenə də heç nə olmayacaq, həmsədrlər yenə də turist kimi gəlib-getməklə, yeyib-içməklə, vaxtı uzatmaqla məşğul olacaq, münaqişə yenə də daha on illər uzanacaq.

Biz bununla, qətiyyən, razı deyilik, razı ola bilmərik və razı olmayacağıq.

Çünki faşist, qandan doymayan Ermənistan artıq layiqli cavabını və cəzasını almalı, olmayan ağlı başına gətirilməlidir.

Artıq Azərbaycan xalqı, dövləti daha 30-32 il gözləmək, dözmək istəmir. Azərbaycan xalqı, Azərbaycan dövləti öz qanuni-halal haqqını tələb edir, Qarabağına qovuşmaq istəyir.

Biz sülh tərəfdarıyıq, biz müharibə istəmirik, son 30-32 ildə də bu niyyətimizi əməli, real addımlarımızla göstərmişik, sübut etmişik.

Ancaq məhz Minsk qrupunun, həmsədrlərin dişsizliyi, qeyri-obyektivliyi, Ermənistanı cəzalandırmamaları, əksinə, bir çox hallarda onu növbəti işğala, növbəti qəsblərə stimullaşdırmaları üzündən faşist, rasist, terrorist ölkə qanlı əməllərindən, təxtibatlarından, fitnəkarlıqlarından, insanlıq suçu olan, Cenevrə konvensiyalarını açıq-aşkar ayaqlar altında tapdalayan hərbi-siyasi cinayətlərindən əl çəkmir, daha da quduzlaşır, çirkinləşir, azğınlaşır.

Son Gəncə hadisələri, Gəncə qətliamı da bunun-erməni faşizminin, terrorizminin daha bir əyani sübutudur.

Xocalı soyqırımının təkrarı olan Gəncə qətliamı bir daha murdar və mənfur qonşularımızın iç üzünü açdı, göstərdi ki, onlar sülhə, təhlükəsizliyə, bütövlükdə insanlığa ən böyük təhdid və təhlükədirlər. Onlar düzəlməyib, düzəlmir, düzələn də deyil.

Ancaq çox təəssüflər olsun ki, yenə də ATƏT-dən, Mins qrupundan, BMT-dən, həmsədrlərdən səs-soraq yoxdur, yenə də lal, kar, kordurlar.

Xocalı vəhşətinə və digər faciələrimizə necə susmuşdularsa, indi də eynilə Gəncə soyqırımına, Tərtərdə, Ağdamda, Naftalanda, Goranboyda və digər bölgələrimizdə hər gün-özü də “humanitar atəşkəs” pərsədi altında törədilən vandallıqlara səssiz, susqun qalırlar və bir daha özlərini ifşa edirlər.

Ancaq bilsinlər və unutmasınlar ki, artıq Azərbaycan güclü, qüdrətli dövlət kimi, öz qərarında, ikinci Qarabağ savaşında, ikinci Vətən müharibəsində qərarlıdır, əzmlidir.

Sülhlə olacaqsa, sühlə, olmayacaqsa, hərb yolu ilə münaqişəni özü birmənalı və birdəfəlik həll edəcək.

Qarabağı, digər işğal altındakı yurd yerlərini yağı, murdar düşməndən azad edəcək, o torpaqları yenidən cənnətə çevrirəcək.

Ali Baş Komandanın da dediyi kimi:

“Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”.

10:04

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Yuxumuz əsgər yuxusu, yediyimiz əsgər yeməyi, yatağımız əsgər yatağı, evimiz kazarma, işimiz səngər həyatı, “istirahətimiz” əsgər istirahəti kimi olmalıdır”-MƏLAHƏT İBRAHİMQIZIDAN MÜRACİƏT

Read Next

“Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Qarabağ Azərbaycandır!”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir