Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Təvəkgül oğlu Mehbalıyevin Anım Günüdür.
Elşən Mehbalıyevin bu gün Əbədiyyətə uğurlanmasından 4 il ötür.
Anım Günü ilə bağlı bu gün-6 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Otuzikilər kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.
Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım məclisi düzənlənəcək, adına ehsan veriləcək.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Bərdərli, Ağdamlı və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, 1994-ci ilin iyul ayının 23-də Bərdənin Otuzikilər kəndində-sadə bir ailədə dünyaya gələn Elşən Mehbalıyev ailənin iki oğlan övladından biri olub.
O, Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı olub.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib və noyabr ayında Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabr ayının 6-da Otuzikilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də nişanlı olub.
Şəhidin qardaşı Elnur Mehbalıyev də hərbçi olub.
O da İkinci Vətən Müharibəsində iştirak edib, bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az